RU

Ukraynanın Rusiyaya PUA hücumunda 2 nəfər ölüb, 34 yaralı var - YENİLƏNİB

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Çuvaşiya Respublikasının Çeboksarı şəhərinə PUA hücumu nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Ukrayna PUA-sının yaşayış binasında düşməsi nəticəsində xəsarət alanların hamısı şəhər xəstəxanalarına yerləşdirilib.

Qeyd olunub ki, respublikada hava hücumları təhlükəsi qalmaqdadır.

***

12:42

Ukraynaya məxsus PUA Rusiyanın Çeboksarı şəhərində yaşayış binasına düşüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, nəticədə Leninski Komsomola küçəsindəki hündürmərtəbəli binada bir neçə mənzilə ziyan dəyib.

Çuvaş Respublikasının Baş naziri Sergey Artamonovun sözlərinə görə, PUA hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

"Baza" Telegram kanalı 10 nəfərin yaralandığı, "Shot" Telegram kanalı isə bir nəfərin öldüyü barədə məlumat yayıb.

Ölüm hadisəsi barədə rəsmi məlumat verilməyib.

Nəqliyyat Nazirliyi bildirib ki, mövcud vəziyyətlə və təhlükəsizliyi təmin etmək üçün şəhərdə ictimai nəqliyyat müvəqqəti olaraq dayandırılıb.

Избранный
12
48
apa.az

10Источники