RU

Qazilərin görünməyən yaralarını gündəmə gətirən “Yaralı ruhlar” sənədli filmi təqdim olundu

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vətən müharibəsinin izlərini və qazilərin yaşadığı mənəvi sarsıntıları əks etdirən “Yaralı ruhlar” sənədli filmi tamaşaçılara təqdim olunub.

Gununsesi.info – ya danışan redaktor Yalçın Sadıqlı bildirir ki, film müharibənin yalnız döyüş meydanında deyil, ondan sonra da insan talelərində davam edən təsirini ön plana çıxarır.

Ekran əsərində hadisələr döyüşlərdə iştirak etmiş əsgərlərin dili ilə nəql olunur.

Filmdə ölümə meydan oxuyan, Zəfəri görmək arzusu ilə yaşayan hərbçilərin xatirələri, itirilən silah yoldaşları və yarımçıq qalan arzular təsvir edilir. Müharibə bitsə də, onun ağırlığını hələ də ruhunda daşıyan qazilərin yaşantıları əsas xətti təşkil edir.

“Yaralı ruhlar” xüsusilə müharibədən qayıdan veteranların cəmiyyətə adaptasiya problemlərinə diqqət çəkir. Filmdə qeyd olunur ki, qazilər gündəlik həyata uyğunlaşmağa çalışsalar da, gecələr onları tərk etməyən xatirələr, psixoloji ağrılar onların həyatına təsir etməkdə davam edir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Taleh Urfansoy özü də müharibə iştirakçısı olduğundan, hadisələri daha real və təsirli şəkildə təqdim edə bilib. Layihədə quruluşçu rəssam Nicat Məmmədov, bəstəkar Nigar Süleyman, rejissor Səbuhi Hacıyev, redaktorlar Lalə Məmmədova və Yalçın Sadıqlı yer alıblar.

Filmin ərsəyə gəlməsinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti dəstək göstərib.

Sənədli film, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin müharibə ilə bağlı həqiqətlərin geniş şəkildə çatdırılması barədə çağırışına yaradıcı yanaşma kimi qiymətləndirilir.

“Yaralı ruhlar” qazilərin yaşadığı fiziki və psixoloji yaraları cəmiyyətə çatdırmaqla, onların daha yaxşı anlaşılması və dəstəklənməsi zərurətini önə çıxarır.

Sözügedən filmi təqdim edirik:

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
icma.az

1Источники