RU

Əgər həmin gün hücum olarsa... - Rusiyadan xəbərdarlıq

Ukrayna tərəfi Moskvada Qələbə Gününü pozmağa cəhd edərsə, Rusiya ilk növbədə Kiyevdə Bankova küçəsini hədəf ala bilər.

Aktual.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.

"Əgər təxribatlar olarsa, Kiyevin mərkəzində yerləşən inzibati binalara, təbii ki, artıq çoxdan hədəfə çevrilmiş Bankova küçəsinə zərbələr endirilə bilər. Amma bu yalnız təxribat olacağı halda mümkündür. Silahlı qüvvələrimiz və hava hücumundan müdafiə sistemimiz hücumları dəf etməyə hazırdır”, - o bildirib.

Qeyd edək ki, Vladimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində 9 May - Qələbə günündə Ukrayna PUA-larının Moskvaya doğru uça biləcəyini bildirmişdi.

Rusiya isə Qələbə gününə görə 8-9 may üçün birtərəfli qaydada atəşkəs elan edib.

Избранный
2
1
ulusum.az

2Источники