RU

Azərbaycanla İtaliya arasında əlaqələr daha da möhkəmlənir- ÖZƏL

"İtaliya Azərbaycanın dost və strateji tərəfdaş ölkəsidir. Ölkələrimiz arasında münasibətlər durmadan inkişaf edir və bu gün artıq nümunə göstəriləcək səviyyəyə yüksəlib. Azərbaycan ilə İtaliya arasında qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq gündən-günə daha da möhkəmlənir. Təsadüfi deyil ki, bu uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan İtaliyanın regionda əsas ticarət tərəfdaşına çevrilib. Bu tərəfdaşlıq xüsusilə enerji sahəsində özünü daha aydın göstərir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Məlumdur ki, Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Eyni zamanda nəhəng Trans-Adriatik qaz kəməri vasitəsilə Azərbaycan Avropa üçün ən etibarlı enerji təchizatçılarından biridir. Bu layihə çərçivəsində ölkəmiz dost İtaliya üçün üçüncü ən böyük təbii qaz tədarükçüsü kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri və yüksək səviyyədə qəbul olunması ölkələrimiz arasında qarşılıqlı etimadın, dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyədə olmasının bir daha təsdiqi oldu.

Səfər çərçivəsində keçirilən görüşlər onu deməyə əsas verir ki, ölkələrimiz arasında əlaqələr durmadan inkişaf edir və getdikcə daha da möhkəmlənir. 2020-ci ildə Romada imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə" iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi üçün mühüm yol xəritəsi kimi müəyyən edilmişdir. Xanım Meloninin səfəri və əldə olunan razılaşmalar isə əməkdaşlığımızın daha da genişlənməsi və dərinləşməsi üçün güclü zəmin yaratdı.

Prezident İlham Əliyev vacib bir nüansa toxunaraq danışıqların çox uğurlu keçdiyini bildirdi və Ermənistandan gəlmiş xanım qonağın ölkəmizi ziyarət etməsinin xüsusi rəmzi məna daşıdığını, bunun isə Azərbaycana dost münasibətin göstəricisi olduğunu qeyd etdi. Prezident həmçinin ölkəmizin də İtaliyaya eyni münasibət bəslədiyini vurğuladı və bu səfərin strateji münasibətlərimizin inkişafında həlledici rol oynayacağını bildirdi. Sirr deyil ki, bu yüksək səviyyəli təmaslar ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir, regional əməkdaşlığın daha da genişlənməsi üçün də yeni imkanlar yaradır. Bu proses uzunmüddətli və dayanıqlı tərəfdaşlığın formalaşmasına zəmin yaradır, əməkdaşlığ daha da intensivləşdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
1
olaylar.az

2Источники