RU

Pakistanda istilər nəticəsində 10 nəfər ÖLÜB

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan Meteorologiya Departamenti (PMD) şəhərdə 2018-ci ildən bəri ən isti günün qeydə alındığını, temperaturun 44 dərəcəni keçdiyini açıqlayıb. Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin tövsiyəsinə əsasən, tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib, çünki ölkə üzrə milyonlarla insan üçün normadan xeyli yüksək yay temperaturu təhlükə yaradır.

Hakimiyyət orqanları əhaliyə açıq rəngli, yüngül və boş geyimlərdən istifadə etməyi, baş geyimi taxmağı və günəşdən qoruyucu vasitələrdən yararlanmağı tövsiyə edib.

Избранный
4
3
Ajans.az

2Источники