RU

Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirdi FOTOLAR

ain.az, Unikal.az saytına istinadən bildirir.

Mayın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

"Unikal" xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.

Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

2026-cı ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 976 nəfər olub.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, onların 114 956 nəfəri yaşa, 13 902 nəfəri əlilliyə, 23 118 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayı ərzində isə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 628 nəfər olub. Onların 114 713 nəfəri yaşa, 13 987 nəfəri əlilliyə, 22 928 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
30
unikal.az

10Источники