RU

Kallas Azərbaycana gəldi

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanda səfərdədir.

Kallas səfəri ilə bağlı müraciət ünvanlayıb:

"Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam. Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var.

Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi bizim ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq.

Əlbəttə ki, insan hüquqları üzrə açıq və səmimi dialoq bizim fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır. Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş tarixi bir fürsətdir və bu dinamikanı qoruyub saxlamaq vacibdir. Aİ-nin bunu dəstəkləmək üçün etimad qurucu tədbirlərdən tutmuş mina təmizləmə fəaliyyətinə qədər bir sıra vasitələri var ki, bu sahələrdə biz artıq ən böyük donoruq".Müsavat.com  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
23
olaylar.az

10Источники