BAKI, 5 may. TELEQRAF
Yeni mövsümə daha iddialı heyətlə başlamağı planlaşdıran “Fənərbağça” hücum xəttini gücləndirmək istəyir.
Teleqraf “A Spor”a istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Borussiya Dortmund”un hücumçusu Serhu Qirassi üçün hərəkətə keçib.
Mənbənin məlumatına görə, “sarı-lacivərdlilər” 30 yaşlı forvardın transferi ilə bağlı danışıqlara başlayıb.
Qvineyalı hücumçunun da “Fənərbağça”ya keçid variantına müsbət yanaşdığı bildirilir.
Qirassi bu mövsüm “Borussiya Dortmund”un heyətində bütün turnirlərdə 44 oyuna çıxıb. O, bu qarşılaşmalarda 20 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bazar dəyəri 40 milyon avro olan futbolçunun Dortmund klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.