RU

Stolüstü tennis üzrə ölkə birinciliyi keçirilir

Bu gün stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda U19 və U15 yaş qruplarındakı idmançılar bacarıqlarını göstərirlər. “İki sahil” xəbər verir ki, 4 gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparacaq. Qaliblər komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində müəyyənləşəcək. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.

Избранный
7
9
ikisahil.az

10Источники