RU

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə “Böyük zəfərin memarı” adlı keçirilib

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə “Böyük zəfərin memarı” adlı tədbir təşkil olunub.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Azər Badamov, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, Sənaye və Texnologiya Kollecinin direktoru Nasim Abışov, kollecin müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümumilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk olaraq Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib.

Sənaye və Texnologiya Kollecinin direktoru Nasim Abışov giriş sözü ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadi və sosial inkişafında, xüsusilə təhsil və sənaye sahələrinin formalaşdırılmasında misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. E.Quliyev bildirib ki, dahi şəxsiyyətin bütün fəaliyyətinin əsasında xalqımızın parlaq gələcəyi, qüdrətli bir dövlət kimi Azərbaycanın müstəqilliyinin təmin edilməsi dayanıb. Təşkilat sədri bu gün müstəqil Azərbaycanın Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla, yeni zəfərlərlə addımladığını diqqətə çatdırıb..

Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Azər Badamov, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva və çıxış edən digər natiqlər Heydər Əliyevin zəngin siyasi irsindən, gənclərə göstərdiyi diqqət və qayğıdan, milli-mənəvi dəyərlərin qorunmasında oynadığı roldan danışıblar. Vurğulanıb ki, onun ideyaları müasir Azərbaycanın inkişafının əsasını təşkil edir və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyət daşıyır.

Sonra Yeni Azərbaycan Partiyasına yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir tanınmış sənət nümayəndələrinin ifasında bədii hissə ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
yeniazerbaycan.com

1Источники