RU

Adil Kərimli: Dövlət proqramlarının icrası sistemli və məqsədyönlü olmalıdır

Bakı, 5 may, AZƏRTAC

İqtisadiyyat və təhsil sahələrinin qarşılıqlı əlaqəsi çərçivəsində təhsilin əsas istiqamətləri üzrə dövlət proqramlarının effektiv tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, yaradıcılığın inkişafı, yaradıcı məhsulların təşviqi, bu sahədə mövcud problemlərin aradan qaldırılması əsas prioritetlərdən biridir.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu fikirləri mayın 5-də “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının icrası çərçivəsində “İncəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması” yarımbəndinin həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclasında, eləcə də proqram üzərində çalışan işçi qrupun növbəti toplantısında səsləndirib.

"Bununla yanaşı, infrastruktur məsələləri də diqqətdə saxlanılmalıdır. Nəzərdə tutulan layihələr çərçivəsində hər sahəyə uyğun xüsusi yanaşmalar tətbiq edilməli, əlavə infrastruktur obyektlərinin yaradılması zamanı bu amillər nəzərə alınmalıdır. Bütün bu istiqamətlər üzrə dövlət proqramlarının sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi zəruridir", - deyə nazir vurğulayıb.

Müxbir - Gülay Nəzərova
Fotoqraf - İlqar Cəfərov
Operator - Ələkbər Baxşıyev
Избранный
19
azertag.az

1Источники