ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanın Seqed şəhərində keçiriləcək Dünya Kubokunun birinci mərhələsində iştirak edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarış 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalı verəcək.
Qeyd edək ki, kayak və kanoe üzrə Dünya Kuboku mayın 8-10-da təşkil olunacaq.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.