RU

Azərbaycanın kişilərdən ibarət voleybol millisi Avropa Liqasının hazırlığına start verib

Kişilərdən ibarət Azərbaycanın voleybol millisi Avropa Liqasına hazırlıqlara start verib.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təlim-məşq prosesi keçən komandanın heyətinə 17 oyunçu cəlb olunub.

Yığma Avropa Liqasında yeni baş məşqçi təyin olunmuş Boris Qrebennikovun rəhbərliyi ilə mübarizə aparacaq.

Hazırlıq proqramına əsasən, milli Bakıda və ölkə xaricində təlim-məşq toplanışları keçəcək, həmçinin bir sıra yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində İsveçdə keçiriləcək.

Избранный
27
1
far.az

2Источники