RU

Rəşad Dağlı son görüşdə Orxana nə deyib? Kövrək notlar...

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Meyxanaçı Orxan Lökbatan hazırda həbsdə olan dostu Rəşad Dağlı ilə son görüşündən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, O.Lökbatan Rəşad Dağlının dəyişmədiyini bildirib:"Hər dəfə yanına gedəndə çorək yeyib, çay içirik. Keçmişdə yaşanan xoş xatirələri yada salırıq. Çalışıram onun yanına gedəndə xoş hadisələrdən danışım. Hər kəsin həyatında arzuolunmaz bir addım olur. Rəşad büruzə verməsə də, içində,daxilində darıxır və peşmanlıq çəkir". 

O.Lökbatan onu da əlavə edib ki, əsas məsələ Rəşadın sağ-salamat ailəsinə qovuşmasıdır: "Danışanda da bildirdim ki, iş o deyil ki, gələndə yenə meyxana desin. Əsas odur ki, ailəsinin, övladlarının içərisinə gəlsin". 

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
bakivaxti.az

1Источники