RU

Britni Spirs bir illik şərti cəza aldı

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Müğənni Britni Spirs sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə bir illik şərti azadlıq cəzası alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, mayın 4-də keçirilən məhkəmə iclasında Spirsin vəkilləri sərxoş vəziyyətdə avtomobil idarə etməkdə ittiham olunanlar üçün standart prosedur olan etiraf müqaviləsinin bir hissəsi olaraq “ehtiyatsızlıqdan avtomobil idarə etmək”də günahkar olduqlarını etiraf ediblər. Bu prosedur qəzaya səbəb olmadığı təqdirdə sərxoş vəziyyətdə avtomobil idarə etməkdə ittiham olunanlar üçün standart prosedurdur.

Şərti azadlıqdan əlavə, müğənni cərimə ödəməli və sərxoş vəziyyətdə avtomobil idarə edənlər üçün təşkil edilən məcburi kursları tamamlamalıdır.

Qeyd edək ki, Spirs martın 4-ü Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilib. Aprelin əvvəlində müğənni könüllü olaraq özünü reabilitasiya mərkəzinə yerləşdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
11
yeniavaz.com

10Источники