RU

Hörmüz böhranı Avropanı hərəkətə gətirdi – iki qitəni birləşdirəcək sualtı tunelin tikintisinə başlanır



Avropa və Afrika qitələrini birləşdirəcək tarixi layihə yenidən gündəmə gəlir. Hörmüz boğazındakı böhranlar səbəbindən neft qiymətlərinin 200 dollara yüksəlməsi riskinə qarşı, Qərb dünyası ən strateji alternativ kimi "Cəbəllütariq marşrutu"nu irəli sürüb.

Cəbəllütariq boğazının altından tikiləcək sualtı dəmir yolu tuneli təkcə İspaniya və Mərakeşi deyil, həm də bütün qlobal ticarət marşrutunu dəyişəcək.

Hörmüz boğazındakı qeyri-sabitlik və qlobal logistika problemləri Cəbəllütariq tuneli planlarını əvvəllər heç olmadığı qədər aktuallaşdırıb. Atlantik okeanı ilə Aralıq dənizi arasında yeganə təbii marşrut, tunel tikildikdən sonra Afrika ilə Avropa arasında yük və sərnişin daşınmasını cəmi 30 dəqiqəyə endirəcək.

Madrid və Kasablanka arasındakı səyahət müddətini 5,5 saata endirəcək 42 kilometrlik marşrut, Afrikanın istehsal mərkəzlərini birbaşa Avropa bazarlarına bağlamaqla riskli dəniz yollarından asılılığa son qoymağı hədəfləyir.

Təxminən 20 milyard avroya başa gələcəyi gözlənilən layihə, texniki baxımdan La-Manş tunelindən daha çətin olacaq. Afrika və Avrasiya tektonik plitələrinin kəsişdiyi və dərinliyinin 900 metrə çatdığı boğazda mühəndislər dəniz səviyyəsindən 475 metr aşağıda nəhəng dəmir yolu dəhlizi inşa edəcəklər. Almaniyanın mühəndislik nəhəngi Herrenknecht-in məlumatına görə, mövcud texnologiya bu "mümkünsüz" görünən tunelin tikintisini reallaşdırmağa imkan verir. 2030-cu il Dünya Kubokuna Mərakeş və İspaniyanın birgə ev sahibliyi etməsi isə layihənin ən böyük siyasi hərəkətverici qüvvəsinə çevrilib.

Tahir TAĞIYEV

Избранный
20
baki-xeber.com

1Источники