Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanın Seqed şəhərində keçiriləcək Dünya Kubokunun birinci mərhələsində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Yarış 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalı verəcək.
Xatırladaq ki, kayak və kanoe üzrə Dünya Kuboku mayın 8-10-da təşkil olunacaq.