RU

Tehranın ticarət mərkəzində güclü yanğın: İtkin düşənlər var - VİDEO

Tehranın Əndişə rayonundakı "Ərğəvan" ticarət mərkəzində yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, binanın üzlük materialının kompozit olması səbəbindən alov sürətlə ticarət mərkəzinin korpusuna yayılıb. Yanan çoxmərtəbəli binadan çıxan tüstü paytaxtın qərb rayonlarından və Tehranın peyk-şəhəri olan Kərəcdən də görünüb.

Ticarət mərkəzinin ziyarətçiləri və əməkdaşları təxliyə edilib. 10 nəfər xəsarət alıb, biri xəstəxanaya yerləşdirilib. 
 

Yanğını lokallaşdırmaq mümkün olub, hazırda hadisə yerində Əndişənin üç yanğınsöndürmə briqadası və xilasedicilər çalışır.


Hadisənin səbəbi araşdırılır.

"Mehr" agentliyinin məlumatına görə, Qızıl Aypara Cəmiyyətinin doqquz komandası yanğın nəticəsində itkin düşənlərin axtarışı ilə məşğuldur. Həmçinin bildirilir ki, dairə prokuroru Mehdi Məhəmmədi binanın inşaatçısının həbsi barədə order verib. 


Bizim.Media

Избранный
20
45
bizim.media

10Источники