RU

“Milli Onkologiya Mərkəzi”ndəki partlayış nəticəsində yaralanmış həkim ölüb

“Milli Onkologiya Mərkəzi”ndə baş vermiş partlayış nəticəsində yaralanmış həkim Asif Nəsirli ölüb...

Aprelin 30-da saat 14 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”ndə baş vermiş partlayış nəticəsində ağır yaralanmış həkim-radioloq Asif Nəsirli ölüb.

Poliqon xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.

Poliqon.info

Избранный
3
4
poliqon.info

10Источники