RU

Tramp İranı ağ bayraq qaldırmağa çağırır

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Trump İranla bağlı sərt açıqlamalar verərək ölkənin hərbi və siyasi imkanlarının “böyük ölçüdə məhv edildiyini” iddia edib.

Turkustan.az xəbər verir ki, Ağ Evdə keçirilən tədbirdə çıxış edən Tramp ABŞ–İran gərginliyini bəzən “müharibə” kimi adlandırsa da, hazırda vəziyyəti “aşağı intensivlikli münaqişə” kimi qiymətləndirib.

O, İranın qalib gəlmək şansının olmadığını düşündüyünü və bunu Tehran tərəfinin də bildiyini iddia edib. Tramp həmçinin İranın 159 hərbi gəmisinin batırıldığını, bir sıra təyyarə və dəniz vasitələrinin vurulduğunu, eləcə də hərbi obyektlərin hədəfə alındığını bildirib.

“Onlar ağ bayraq qaldırmalıdırlar” deyən Tramp, bunun təslimiyyətin simvolu olduğunu vurğulayaraq İranın mövcud vəziyyətdə danışıqlara getməsinin qaçılmaz olduğunu iddia edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
50
icma.az

10Источники