RU

Sumqayıtda yol çökdü - Video

Sumqayıt şəhəri Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.

“Sitat.info” xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrli iri oyuq yaranıb.

Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Daha ətraflı İTV-nin süjetində:

 

Избранный
16
25
sitat.info

10Источники