RU

İran prezidenti ilə SEPAH arasında ziddiyyət iddiaları təkzib edildi » AzadMedia.az


İran prezidentinin ofisi Masud Pezeşkian ilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasında ziddiyyətlər barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. Bu barədə daha əvvəl KİV-də xəbərlər yayılmışdı.
Mayın 5-də prezident ofisinin rəhbəri Möhsün Hacı-Mirzayi bəyan edib ki, İran prezidenti ilə SEPAH arasında heç bir fikir ayrılığı yoxdur.
O vurğulayıb ki, bütün qərarlar yekdilliklə qəbul olunur.
“Prezidentlə SEPAH komandirləri arasında heç bir ziddiyyət yoxdur, bütün qərarlar yekdilliklə qəbul edilir”, – deyə Möhsün Hacı-Mirzayi bildirib.
Bundan əvvəl Reuters agentliyi ABŞ və İsraillə qarşıdurma fonunda İranda hakimiyyətin sərt xətt tərəfdarı olan dar bir qrupun əlində cəmləndiyini yazmışdı.
Xatırladaq ki, ABŞ və İran aprelin 8-də 14 günlük atəşkəs elan edib, aprelin 21-də isə ABŞ prezidenti Donald Tramp münaqişənin diplomatik yolla həlli üçün bu atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Избранный
25
2
azadmedia.az

10Источники