RU

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində zəncirvari qəza qeydə alınıb.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb “KamAZ” markalı yük avtomobilinin işıqforun qırmızı işığında dayanmayaraq hərəkətini davam etdirməsi olub.
 

Nəticədə yük avtomobili qarşısında hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb və zəncirvari qəza baş verib.


Hadisə zamanı “KamAZ”ın sürücüsü xəsarət alıb. Digər avtomobillərə isə ciddi ziyan dəyib.

Qəza səbəbilə ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və görülən tədbirlər nəticəsində tıxac aradan qaldırılıb.

Faktla bağlı araşdırma aparılır.






Bizim.Media

Избранный
21
50
bizim.media

10Источники