Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda heç-heçə etdiyi (1:1) "Atletiko Madrid"i bu gecə Londonda baş tutan cavab qarşılaşmasında 1:0 hesabı ilə məğlub edən "Arsenal" 20 illik həsrətə son qoyaraq finala yüksəlib.
Fanat.Az "Archivo VAR"a istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Daniel Zibert böyük xəta ilə diqqət mərkəzinə düşüb.
Belə ki, referi 51-ci dəqiqədə İspaniya komandasının yarımmüdafiəçisi Culiano Simeoneyə qarşı cərimə meydançasında kobudluq edən, onun topu boş qapıdan keçirməsini əngəlləyən Qabriel Maqalyansın yol verdiyi qayda pozuntusunu düzgün dəyərləndirməyib. Fotolardan görünür ki, "topçular"ın qapısına penalti təyin etməli olan ədalət təmsilçisinin fiti susub. Maraqlıdır ki, VAR hakimi də bu epizoda biganə qalıb.


London komandası son dəfə 2006-cı ildə qitənin ən nüfuzlu klub turnirinin finalında oynayıb.
Mayın 17-də Parisdəki "Stad de Frans"da baş tutan həlledici qarşılaşmada Arsen Vengerin rəhbərlik etdiyi "topçular" "Barselona"ya 1:2 hesabı ilə uduzub.
Xatırladaq ki, "Arsenal" mayın 30-da Budapeştdə keçiriləcək finalda "Bayern Münhen" - PSJ cütünün qalibi ilə üz-üzə gələcək. Tərəflərin Fransada gerçəkləşən ilk dueli Paris təmsilçisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ikinci görüşü sabah Münhendə olacaq.
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.