RU

ABŞ Ukraynaya milyonlarla dollar dəyərində olan silah satışını təsdiqlədi

Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 373.6 milyon dollar olan uzaqmənzilli JDAM (Joint Direct Attack Munition) komplekslərinin satışına razılıq verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində məlumat yayılıb.

"ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə uzaqmənzilli JDAM sistemlərinin və əlaqədar avadanlıqların mümkün satışını təsdiqləmək qərarına gəlib. Müqavilənin təxmini ümumi dəyəri 373.6 milyon dollar təşkil edir", - deyə açıqlamada bildirilir.

Məlumatda vurğulanıb ki, Kiyev rəhbərliyi 1200 ədəd KMU-572 və 332 ədəd KMU-556 JDAM quyruq hissəsinin tədarükünü istəyib. Eyni zamanda, Ukrayna tərəfinə FMU-139 partladıcısı, JDAM üçün köməkçi təchizat, ehtiyat hissələri, proqram təminatı və digər texniki ləvazimatlar təqdim olunacaq.

Qeyd edək ki, JDAM texnologiyası adi, sərbəstdüşən aviabombaları yüksək dəqiqlikli "ağıllı" sursatlara çevirmək xüsusiyyətinə malikdir. Bu sistemlər GPS naviqasiyası vasitəsilə hədəfi tam dəqiqliklə vurmağa imkan verir./Oxu.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
98
yenisabah.az

1Источники