RU

ABŞ-ın ticarət kəsiri artıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Ticarət Nazirliyi mart ayı üçün xarici ticarət məlumatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, ölkənin xarici ticarət kəsiri mart ayında aylıq olaraq 4,4 faiz artaraq 60,3 milyard dollara yüksəlib.

Bu dövr üçün ticarət kəsiri ilə bağlı bazar gözləntiləri 61 milyard dollar idi. Bu rəqəm fevral ayında 57,8 milyard dollar olaraq qeydə alınıb.

Ölkənin ixracı mart ayında əvvəlki aya nisbətən 2 faiz artaraq 320,9 milyard dollara çataraq yeni rekord qırıb. İdxal da 2,3 faiz artaraq 381,2 milyard dollara çatıb.

ABŞ-ın ticarət tərəfdaşı olan Avropa İttifaqı (Aİ) ilə ticarət kəsiri mart ayında 4,1 milyard dollar artaraq 9,2 milyard dollara çatıb.

Ölkənin Cənubi Koreya ilə ticarət kəsiri eyni dövrdə 2,9 milyard dollar azalaraq 4,8 milyard dollara düşüb, İsveçrə ilə ticarət profisiti isə 3,5 milyard dollar azalaraq 4,3 milyard dollara düşüb.

Избранный
52
19
banco.az

10Источники