ain.az, Idman.biz portalına istinadən məlumat verir.
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, mayın 8-10-da Qazaxıstanın paytaxtı Astanada “Böyük Dəbilqə” turniri keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarışda yeddi çəki dərəcəsində Azərbaycanın 11 cüdoçusu (6 kişi, 5 qadın) mübarizə aparacaq.
İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri - Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.
Heyəti təqdim edirik:
Kişilər
66 kq
Rəşad Yelkiyev
Turan Bayramov
73 kq
Rəşid Məmmədəliyev
90 kq
Aslan Kotsoyev
+100 kq
Camal Feyziyev
Uşanqi Kokauri
Qadınlar
48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva
70 kq
Südabə Ağayeva.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.