RU

Met Gala nın ulduzları Görənləri heyrətə salan tərz VİDEO

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünyanın ən məşhur moda tədbirlərindən biri olan Met Gala bu il də Nyu-Yorkda təşkil olunub. Bu ilin mövzusu kostyum sənəti olub və qırmızı xalçada nümayiş olunan geyimlər yenə dünya mediasının gündəminə çevrilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, gecənin ən çox danışılan simalarından biri Beyons olub.

Məşhur ulduz 10 ildən sonra Met Galaya möhtəşəm dönüş edərək skelet işləməli libası ilə gecəyə damğa vurub. Rihanna isə ənənəsinə sadiq qalaraq tədbirə gec gəlsə də, yenə də gecənin ən çox müzakirə olunan simalarından biri olmağı bacarıb. Cardi B diqqətçəkən və həddindən artıq iddialı görünüşü ilə Met Gala ruhunu tam əks etdirib. Onun obrazı sosial şəbəkələrdə “əfsanəvi yoxsa həddindən artıq?” kimi suallarla müzakirələrə səbəb olub.

Aktrisa Nikol Kidman klassik və güclü zərifliyi ilə seçilib. Venus Vilyams parıltılı və eleqant görünüşü ilə diqqət çəkərkən, Angela Bassett sənətdən ilham alan geyimi ilə gecənin ən estetik obrazlarından biri hesab edilib.

Lakin bəzi məşhurların seçimləri birmənalı qarşılanmayıb. Heidi Klum heykəli xatırladan obrazı ilə “moda yoxsa kostyum?” sualını gündəmə gətirib. Madonna isə dənizçi və cadugər üslubunu birləşdirən görünüşü ilə bir qədər qarışıq təsir bağışlayıb. Kati Perrinin güzgülü maskası maraqlı hesab edilsə də, bəzi izləyicilər onu qorxu filmi obrazına bənzədib. Lisanın illüziyalı libası isə kreativ sayılsa da, ilk baxışda qarışıq görüntü yaradıb.

Met Gala bir daha göstərib ki, bu tədbirdə əsas məqsəd sadəcə gözəl görünmək deyil, fərqlənmək və moda vasitəsilə sənət nümayiş etdirməkdir. Bəziləri bunu uğurla bacarsa da, bəziləri sərhədi bir qədər aşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
lent.az

1Источники