
“Rusiya Ukrayna məsələsi ilə bağlı nəticə verəcək danışıqlara hazırdır”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “RİA Novosti” agentliyinə verdiyi müsahibədə deyib.
O bildirib ki, Rusiya rəhbərliyinin həmişə vurğuladığı kimi, biz danışıqlar prosesinə və real nəticəyə səbəb olacaq əlaqələrə açığıq.
“Moskva dəfələrlə böhranı həll etməyə hazır olduğunu bildirib. Rusiya həmçinin Vaşinqtonun təklif etdiyi sülh planının müzakirəsində iştirak edir, lakin Kiyev rejiminin razılığa gəlmək istəyinə şübhə ilə yanaşır”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az