RU

"Bank "BTB"-ninaktivlərinin "Beynəlxalq Bank" a ötürülməsi prosesi ayın sonunda başa çatacaq"

BAKI, 6 may. TELEQRAF

Bank "BTB" ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank sədri Taleh Kazimov jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, bu çərçivədə, Bank "BTB" ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Bu müqaviləyə uyğun olaraq Bank "BTB" ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmət davam etdiriləcək. ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaqdır.

T.Kazımovun sözlərinə görə, , Bank "BTB" ASC-nin aktivlərinin ABB-yə ötürülməsi prosesi ayın sonuna qədər tamamlanacaq.

Избранный
5
teleqraf.com

1Источники