RU

ABŞ Hörmüzdə geri çəkildi: Güc yolu niyə işə yaramadı?

"ABŞ prezidentinin Hörmüz boğazını hərbi güc hesabına açmaq (Project Freedom) planı dayandırıldı . Bu layihənin nəticəsiz olacağı əvvəldən məlum idi".

Sitat.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Rövşənoğlu yazıb. 

O bildirib ki, bu məsələnin güc yolu ilə həlli mümkünsüzdür: "Əgər bir halda ki, bogazı hərbi güc vasitəsilə açmaq mümkün idi, o zaman bunu indiyə qədər saxlamağa gərək yox idi. Məntiqlə mart ayından açıq olmalı idi. Mən əvvəlki fikrində qalıram ki, bu prosesin yeganə nəticəsi tərəflərin masada oturub razılaşmasıdır. Əgər hərbi yolla ABŞ və İsrail nəyəsə nail ola bilsəydi, o zaman müharibəni dayandırmağa ehtiyac olmazdı. Əgər müharibəni hücum edən tərəf dayandırırsa, demək daha hücum edə bilmir, ya da bunun üçün səbəb yoxdur". 

K.Rövşənoğlunun fikrincə, Tramp kampaniyanı uduzduğunu, yəni məqsədinə nail ola bilmədiyini etiraf etmək istəmir: "Çünki daha uyğun şərtlərdə sülh bağlamaq istəyir. Eyni şəkildə İran da döyüşdə qan və itkilər hesabına əldə etdiyi nəticəni masada uduzmaq istəmir, əslində mənəvi olaraq diplomatiyanın buna haqqı yoxdur. Çünki xalq böyük itki və qurbanlar verərək bu nəticəni əldə edib. Yeganə yol, hər iki tərəfi qane edəcək sülh razılaşmasıdır.

ABŞ və İsrail cütlüyü İrana qarşı hərbi əməliyyat vasitəsilə istədiyinə nail ola bilmədi. Əksinə, sərt cavab zərbəsi aldı, Tehran regionun güc sahibi olduğunu göstərdi. Sadəcə indi bunu qəbul eləmək həm də bu günə qədər mövcud olan arxitekturanın sökülüb dağılmasıdır. Və bu risklidir, çünki hər sökülüb dağılanın yerində yenisini qurmaq asan deyil".

Tehran,

Sitat.info 

Избранный
36
sitat.info

1Источники