RU

Hacı Vəliyevə hökm oxundu

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, H.Vəliyevə qarşı əmlakın məhv edilməsi ilə bağlı ittiham ləğv olunub. O, xuliqanlıqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Vəliyev bir il əvvəl həbs olunmuşdu.

"Cebheinfo.az"

Избранный
5
17
cebheinfo.az

10Источники