RU

"Həmin imtahanın nəticələrinə inanmırıq" - DİM sədri

Evdə verilən elektron imtahanların (“Home Edition” ) nəticələrinə inanmırıq.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Asan TV”ə müsahibəsində bildirib.

“Məsələn, beynəlxalq imtahanı olan TOFEL-in imtahanlarına inanmırıq və sertifikasiyaların qəbul etmirik. Çünki evdə imtahan verərkən müəyyən saxtakarlıqlar olur” – M. Abbaszadə deyib.

Müəyyən imtahanların elektron formaya keçməsi planlaşdırılır. 

“Bəzi imtahanların kağız daşıyıcılar üzərində deyil, elektron formada keçirilməsi planlaşdırılır. Bunun üçün imtahanlar kompüterlə təmin olunan məktəblərdə təşkil ediləcək. Məsələn, bu il rezidentura imtahanının ikinci mərhələsi elektron formada keçiriləcək. Növbədə magistratura imtahanı və Azərbaycan dili dövlət dili kimi imtahanın elektron formada təşkili dayanır”- o bildirib.

Избранный
5
1
redaktor.az

2Источники