RU

Ararat Mirzoyan: “Azərbaycanla artıq gerçək sülh mövcuddur”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan və Azərbaycan arasında hələ sülh sazişi imzalanmasa da, artıq real sülh mövcuddur.

Bizimyol.info xəbər verir ki, Ararat Mirzoyan bu barədə “Yerevan Dialoqu” beynəlxalq konfransı çərçivəsində keçirilən müzakirə zamanı bildirib:

“Biz artıq gerçək sülhə sahibik. Azərbaycanla sərhəddə insidentlər baş verməyib, son bir il ərzində sərhəd atışmaları nəticəsində ölən olmayıb. Üstəlik, Azərbaycan Ermənistan ərazisindən malların daşınmasına qoyduğu məhdudiyyətləri aradan qaldırdı. Bu artıq sülhə doğru böyük bir addımdır. Biz həmçinin Azərbaycanla ikitərəfli ticarətə başladıq, Azərbaycandan neft məhsulları alırıq və bəzi malları Azərbaycan şirkətlərinə satacağıq. Bu, həqiqətən də sülhün sübutudur. Mən deyə bilmərəm ki, bütün məsələlər həll olunub. Çox qanlı bir münaqişəmiz olub, yaralar hələ də təzədir və hər iki xalq hələ də həqiqi barışığa ehtiyac duyur. Hələ həll olunmamış məsələlər var, xüsusilə humanitar sahədə. Saxlanılan şəxslər mövcuddur. Amma yol çox nikbin görünür”, — deyə Ararat Mirzoyan bildirib.

edək ki, Ermənistan və Azərbaycan 8 avqust 2025-ci il tarixində Vaşinqtonda sülh sazişini paraflayıblar.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
46
bizimyol.info

1Источники