RU

Aziz Yıldırım “Fənərbaxça”da prezidentliyə namizəd oldu

style='margin-bottom:10px;'>

“Fənərbaxça” keçmiş prezidenti Aziz Yıldırım yenidən kluba rəhbərlik edə bilər.

QOL.az "Hürriyet"ə istinadən xəbər verir ki, 74 yaşlı funksioner klubun növbədənkənar qurultayında prezidentliyə namizəd olduğunu açıqlayıb.

 A.Yıldırım, prezident seçkilərində namizəd olan Barış Göktürk və Hakan Safi kimi şəxslərə onunla birləşməyi təklif edib. B.Göktürk açıqlamasında sadəcə Aziz Yıldırıma görə namizədlikdən çəkilə biləcəyini demişdi.

Qeyd edək ki, A.Yıldırım 20 il - 1998-2018-ci illərdə "Fənərbaxça"nın prezidenti olub.

Избранный
24
teleqraf.com

1Источники