RU

Psixoterapevt xəstələrlə işləməyin çətinliyindən DANIŞDI

“Xroniki ağrılarla yaşayan insanlarla işləmək bir çox hallarda daha mürəkkəb olur.

Çünki davamlı ağrı insanın normal və sakit düşünmə qabiliyyətinə təsir göstərir”. 

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib. Həkim qeyd edib ki, belə vəziyyətdə diqqət mərkəzi yalnız ağrının özü olur və digər məqamlar arxa plana keçir: 

“Bu səbəbdən ağrıya qarşı mübarizə təkbaşına deyil, birgə və koordinasiyalı şəkildə aparılmalıdır. Burada anlayış və sakitləşdirici ünsiyyətin rolu xüsusilə önəmlidir. Bu gün həm rəqəmsal mühitdə, həm də real həyatda yayılan bəzi fikirlərin və yanaşmaların qarşısının alınması vacibdir. 

Bu, təkcə tibbi deyil, həm də vətəndaş məsuliyyəti kimi dəyərləndirilə bilər. Çünki düzgün olmayan informasiya və sərt yanaşmalar vəziyyəti daha da gərginləşdirə bilər. Digər tərəfdən, həkimlər də ağır və gərgin iş şəraitində çalışdıqları üçün “tükənmişlik sindromu” ilə üzləşə bilirlər. 

Daimi təzyiq və tənqidlər bəzən onların peşədən uzaqlaşmasına gətirib çıxara bilər ki, bu da nəticədə cəmiyyətin peşəkar mütəxəssislərini itirməsinə səbəb olar. Buna görə də bu amil diqqət mərkəzində saxlanmalıdır”. 

O vurğulayıb ki, hər hansı bir həkimi davamlı şəkildə tənqid hədəfinə çevirmək onun onsuz da yüksək stress altında olan iş yükünü daha da artırır və bu yanaşma müsbət nəticə vermir: 

“Eyni zamanda xroniki ağrılar yaşayan pasiyentlərdə tez-tez impulsiv davranışlar müşahidə oluna bilər. Belə hallarda onların davranışlarında sabitlik azalır, düşüncə tərzində isə daha çox mənfi və kəskin yanaşmalar üstünlük təşkil edir”. 

Избранный
15
1
cebheinfo.az

2Источники