RU

Prospektdə qəza riski yaradan sürücü irada təhqirlə cavab verdi 90 AK 900 VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın Babək prospektində kobud qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 18-də saat 11:26 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 90-AK-900 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq təhlükəli vəziyyət yaradıb. Belə ki, geriyə dönmək istəyən sürücü hərəkətdə olduğu zolaqdan sola manevr edib və bu zaman həmin zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinə qəza şəraiti yaradıb.

Görüntünü qeydə alan sürücü siqnal verərək qarşı tərəfi xəbərdar etsə də, o, buna hərəkətini davam etdirərək ən sol zolağa keçib və geriyə dönüb. Üstəlik, sürücü ona irad bildirən şəxsə qarşı avtomobilin pəncərəsindən əlini çıxararaq nalayiq ifadələr işlədib.

Qeyd edək ki, sürücü geriyə dönmə və ya istiqamət dəyişmə niyyətindədirsə, mütləq şəkildə əvvəlcədən sol zolağa vaxtında və təhlükəsiz şəkildə keçməli, digər nəqliyyat vasitələrinə maneə yaratmamalıdır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
avtosfer.az

1Источники