RU

Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcək

Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.

FED.az xəbər verir ki, bu barədə  "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, söhbət 2 vaqon alüminium və 9 vaqon taxıldan gedir.

Xatırladaq ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl Biləcəri dəmir yolu stansiyasından yola salınıb. (Report)

Избранный
23
19
fed.az

10Источники