Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 6 may, AZƏRTAC
Cari ilin aprel ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 41 min 228 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, həmin vətəndaşların 110-u fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1517-si fondun Aparatının Qəbul Mərkəzində, 1973-ü mərkəzi, 37 min 628-i isə regional filiallarda qəbul edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.