RU

Krasnodarda yeniyetməqızları yoldan çıxaran müəllim saxlanılıb

Rusiya Federasiyasında yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz ittihamı ilə saxlanan 23 yaşlı müəllim həbsdən qaçdıqdan sonra Krasnodarda saxlanılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Voloqda vilayəti məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Saxlanılan şəxs məhkəməyəqədərki həbs qətimkan tədbirinə salınıb və Çerepovets şəhərinə köçürülüb.

2025-ci ilin mart ayında müəllimin məhkəməyəqədərki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Lakin üç ay sonra o qaçıb və axtarışa verilib. Bu müddət ərzində iş dayandırılıb.

Təqsirləndirilən şəxs əmək müəllimi kimi çalışıb və eyni zamanda Çerepovets Dövlət Universitetinin dördüncü kurs tələbəsi olub. O, altıncı-səkkizinci sinif şagirdlərinə təcavüz etməkdə ittiham olunur. Bildirilir ki, gənc oğlan sinifdə onlara qarşı əxlaqsızlıq edib.

Musavat.com

 

Избранный
14
1
musavat.com

2Источники