ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
2026-cı ilin yanvar-mart aylarında “AzərEnerji” ASC 2 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon dollar və ya 2 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında “AzərEnerji” ASC-nin ixrac gəlirləri 1 milyon dollar olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.