Çempionlar Liqasının yarımfinal oyunu çərçivəsində keçirilən “Bavariya” – PSJ qarşılaşması “CBC Sport”da yayımlanmır. Metbuat.az xəbər verir ki, əvvəlcədən qarşılaşmanın “CBC Sport” vasitəsilə nümayiş ediləcəyi açıqlansa da, telekanal efirdə “Qarabağ” – “Turan Tovuz” oyununu yayımlayıb. Məsələ ilə bağlı rəsmi səbəb açıqlanmayıb.
Qeyd edək ki, görüş Türkiyənin TRT-1 kanalında yayımlanır.