RU

“Bakı Marafonu 2026” Azercell-in eksklüziv tərəfdaşlığı ilə baş tututb

(®) May ayının 3-də Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə paytaxtın ənənəvi kütləvi idman tədbiri olan “Bakı Marafonu 2026” uğurla keçirilib.

Yarış Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan 25000 iştirakçını bir araya gətirərək sağlam həyat tərzinin təşviqi və ictimai həmrəyliyin gücləndirilməsinə növbəti dəfə töhfə verdib.

“Küləyə qalib gəl” şüarı altında təşkil olunan doqquzuncu Bakı Marafonu bu il ilk dəfə 42 kilometrlik tam məsafə üzrə baş tutub. Yarış Dövlət Bayrağı Meydanından start götürərək müəyyən edilmiş marşrut boyunca “Sea Breeze” ərazisində finişlə yekunlaşdı. Eyni zamanda, 10 km və 21 km məsafələr üzrə iştirakçılar üçün ayrıca finiş xətləri də təşkil olunub.

Yarışın nəticələrinə əsasən, kişilər arasında qalib Türkiyədən Əhməd Alkanoğlu oldu. Ukraynalı yarışçı Vitaliy Şafar finiş xəttini ikinci, Qırğızıstan təmsilçisi Yrskeldi Akerov isə üçüncü keçib. Qadınların mübarizəsində Rusiyadan Yelena Tolstıx birinciliyə nail olub. Azərbaycandan Anna Yusupova yarışı ikinci, Qazaxıstandan Şirin Akimbay isə üçüncü pillədə tamamlayıblar.

Azercell qalibləri xüsusi hədiyyələrlə mükafatlandırıb. Şirkət ənənəyə sadiq qalaraq tədbirin fərqlənmiş tələbə iştirakçılarını da diqqət mərkəzində saxlayıb.

“Azercell Telekom” MMC-nin rəhbər heyəti, əməkdaşları və korporativ tərəfdaşları öz iştirakı ilə tədbirə dəstək göstəriblər. Təşəbbüs şirkətin sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçirdiyi sosial məsuliyyət fəaliyyətlərinin tərkib hissəsidir.

bakı marafonu 2026baku marathon 2026azercell bakı marafonuheydər əliyev fondu bakı marafonuküləyə qalib gəl marafonuazərbaycanda marafon yarışı42 km bakı marafonu10 km və 21 km marafon bakıdövlət bayrağı meydanı marafonsea breeze marafon finişbakıda idman tədbiriazercell sosial məsuliyyət layihəsisağlam həyat tərzi təşviqiazərbaycanda kütləvi idman tədbiribeynəlxalq marafon bakımarafon iştirakçıları bakıazercell tədbirləriheydər əliyev fondu layihələriazərbaycanda qaçış yarışıbakı idman tədbirləri
Избранный
13
10
marja.az

10Источники