RU

Pentaqon Patriot-dan 9 dəfə ucuz raket hazırlayır

ABŞ ordusu Patriot raketlərindən bir neçə dəfə ucuz başa gələcək yeni hava hücumundan müdafiə raketləri istehsal etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" qəzetinə ABŞ-ın ordu katibi Daniel Driskoll açıqlayıb.

Patriot raket sistemi üçün PAC-3 raketinin qiyməti 4,4 milyon dollara qədərdir. ABŞ ordusu yeni tutucu raketlərin birinin 250.000 dollardan az qiymətə başa gələcəyini gözləyir: "Biz intellektual mülkiyyətimiz olacaq bir tutucu qurğunu sıfırdan quraraq onu istehsal edəcək bir podratçı tapa bilib-bilməyəcəyimizi müəyyənləşdirmək istəyirik".

Katibin sözlərinə görə, yeni layihə yaxın həftələrdə rəsmi olaraq istifadəyə veriləcək və yeni texnologiyanın nümayişi bir il ərzində baş tutacaq.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ ordusu İrana qarşı hərbi əməliyyatlar zamanı 1500 ilə 2000 arasında "Patriot", "THAAD" və "Standard Missile" raketlərindən istifadə edib.

Musavat.com

 

 

Избранный
60
musavat.com

1Источники