11.01.2024-cü il tarixində YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı eləcə də kənd sakinlərinin iştirakı ilə 19-20.09.2023-cü il tarixlərində keçirilmiş antiterror tədbirləri zamanı vətənin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz- rayonun Fərzalı kənd sakini Suleymanov Elmət Rafiq oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anıldı, məzarı üzərinə gül dəstələri düzüldü və ruhuna dualar oxundu. Ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта