Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov bu həftə ABŞ Prezidentinin elçisi Stiv Uitkoffla görüşəcək.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, mənbələr danışıqların Florida ştatının Mayami şəhərində baş tutacağını ehtimal edirlər.
Dünən Ukrayna mənbələri Umerovun ABŞ-a səfər etdiyinə dair məlumat yayıblar. Bu səfərin Rusiya ilə danışıqlarla bağlı olub-olmadığı açıqlanmır. Amma son günlər rəsmi Kiyevin İran münaqişəsinə görə arxa plana keçən sülh danışıqlarını aktivləşdirməyə çalışdığı hiss olunmaqdadır.
Musavat.com