RU

“Neftçi” FİFA-nın qırmızı siyahısında: Transfer qadağasının səbəbi bilindi

"Neftçi" FİFA tərəfindən transfer qadağası ilə üzləşib.

FİFA-nın rəsmi portalı "ağ-qaralar"ı qırmızı siyahıya salıb və kluba transfer qadağası qoyub.

Apasportun əldə etdiyi məlumata görə, buna səbəb mövsümün əvvəlində baş tutan Alessio Kurçi transferi olub.

Belə ki, Kurçinin transferi zamanı qarşı tərəflə hissəli ödəniş şəklində razılıq əldə olunub. Hissəli ödənişlərdə gecikmə yaşandığı üçün futbolçunun transfer edildiyi Belçikanın "Francs Borains" klubu bununla bağlı FİFA-ya məlumat verib.

Neftçi tərəfi artıq bu problemi aradan qaldırıb, göndərilən sənəd Belçika təmsilçisi və FİFA tərəfindən təsdiqlənib. 

Transfer qadağasının bu gün ərzində, ən geci sabah üçün ləğv olacağı bildirilir.

 

AFFA “Sumqayıt”ı CƏZALANDIRIB

XXV turun təyinatları açıqlanıb

XXVI turun oyun cədvəli açıqlanıb

Millimiz Litva ilə qarşılaşacaq

II Liqa: XXV tura yekun vurulub

Избранный
31
4
apasport.az

10Источники