Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Publika.az xəbər verir ki, 10 vaqondan ibarət, çəkisi 700 ton olan taxıl və 2 vaqondan ibarət, çəkisi 133 ton olan alüminium (ilk dəfə) yüklü qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 min tondan çox taxıl, 3800 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.