RU

Azərbaycanın ali təhsil müəssisələri Avropa Universitetləri Sammitində stendlərini təqdim edirlər

Azərbaycanın

İlhamə

Müəllif

İlhamə Vəliqızı

İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən Avropa Universitetləri Sammitində Azərbaycan nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti daxildir.Agentlikdən Ulusum.az-a bildirilib ki, Sammit çərçivəsində Azərbaycan ali təhsil müəssisələri ölkə pavilyonunda xüsusi stendlərlə təmsil olunur. Stendlərdə universitetlərin təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları, elmi-tədqiqat fəaliyyəti və inkişaf istiqamətləri barədə sammit iştirakçılarına ətraflı məlumat təqdim edilir.Beynəlxalq tədbirdə iştirak Azərbaycan ali təhsilinin qlobal akademik məkanda tanıdılması, universitetlərarası əməkdaşlığın genişləndirilməsi və ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Diqqət Çəkənlər

Baş Prokurorluq Milli Onkologiya Mərkəzində törədilən partlayış zamanı xəsarət alan həkimin ölümü ilə bağlı məlumat yayıb

Bakıda “Ortaq mədəniyyət, ortaq irs” mövzusunda tədbir keçirilib

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

Избранный
2
11
ulusum.az

10Источники