"İnstagram" platforması ötən gündən kütləvi şəkildə bot və qeyri-aktiv hesabları silməyə başlayıb.
Publika.az axşam.az-a istinadən xəbər verir ki, "Meta" məsələ ilə bağlı ətraflı açıqlama verməsə də, şirkət spam və saxta profillərin mütəmadi şəkildə silindiyini təsdiqləyir. Məqsəd platformanın etibarlılığını artırmaq və saxta aktivliyi azaltmaqdır. Bu addım məşhurların instaqram hesablarından da yan keçməyib.
Məşhurların rəsmi sosial media hesablarından bir gün ərzində silinən izləyici saylarını təqdim edirik:
- Kayli Cenner: 15 milyon
- Kristiano Ronaldo: 8 milyon